FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrupda son matçına çıxıb.
Newsport.az-ın məlumatına görə, C qrupunda qərarlaşan yığmamız Sloveniyanın U-19 komandası ilə qarşılaşıb.
Keçirdiyi iki görüşdə 4 xal toplayan Təbriz Həsənovun komandası bu oyundan qalib ayrılacağı təqdirdə qrup lideri olacaqdı. Ancaq bu matçda millimiz 0:4 hesabı ilə uduzub. Bununla da komandamız qrupu üçüncü pillədə tamamlayıb.
Qeyd edək ki, turnirin ilk görüşündə Latviya ilə 1:1 bərabərə qalan Azərbaycan millisi daha sonra Bolqarıstana 2:0 hesabı ilə qalib gəlib.
8 yanvar
20:00. Azərbaycan (U-17) - Sloveniya (U-19) - 0:4
Qollar: Kevin Jilek, 18 (0:1), 36 (0:2), Sven Kariç Şoştariç, 56 (0:3), Tom Jurqa, 90 (0:4)
Peterburqski İdman-Konsert Kompleksi.
|
N
|
Komanda
|
O
|
Q
|
H
|
M
|
T/F
|
X
|
|
1
|
Sloveniya
|
3
|
2
|
1
|
0
|
9-2
|
7
|
|
2
|
Latviya
|
3
|
1
|
2
|
0
|
3-2
|
5
|
|
3
|
Azərbaycan
|
3
|
1
|
1
|
1
|
3-5
|
4
|
|
4
|
Bolqarıstan
|
3
|
0
|
0
|
3
|
1-7
|
0
|