"Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Adrian Skarlatake yeni kluba keçməyə çox yaxındır.
Newsport.az-ın məlumatına görə, o, Rumıniya mətbuatına açıqlamasında danışıq apardığı komandanın adını açıqlamaq istəməyib:
"Hazırda danışıq aparırıq. Sadəcə, onu deyə bilərəm ki, danışıq apardığım klub avrokuboklarda çıxış edir. Hər mövsüm avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparır".