"Neftçi" hazırlıqlara start verdi FOTOLAR

“Neftçi” Azərbaycan Premyer Liqasının üçüncü dövrəsinin hazırlığına bu gün başlayıb. 

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda klubun bazasındakı meydançada məşq edib.
 
Hazırlıq prosesində Mixal Peskoviçdən başqa bütün futbolçular iştirak ediblər. Qapıçı məşqlərə sabah qoşulacaq. Zədəlilər - Fəhmin Muradbəyli və Elşən Abdullayev fərdi məşqlə kifayətləniblər.

Qeyd edək ki, yanvarın 10-dək gündə bir dəfə məşq edəcək “Neftçi” ayın 10-da “Olimpiya stadionu”nda ikitərəfli oyun keçirəcək. Yanvarın 11-də isə komanda təlim-məşq toplanışına start verəcək. Klubun təlim-məşq bazası, “Bakcell Arena” və “Olimpiya stadionu”nda təşkil olunacaq təlim-məşq toplanışı ərzində komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır.
 




















Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right