Dövrələr arası fasilə müddətində "Xəzər Lənkəran” qış təlim məşq toplanışını vətəndə keçirəcək.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda sabah Lənkərandakı bazasında bir araya gələrək toplanışa start verəcək və saat 16.00-da ilk məşqinə çıxacaq.
Yunis Hüseynovun rəhbərliyi altında yanvar ayının 13-nə qədər Lənkəranda hazırlaşacaq "Xəzər Lənkəran” daha sonra məşqlərini paytaxt Bakıda davam etdirəcək.