Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin yekunlarına əsasən dünyanın milli çempionatların reytinq siyahısını dərc edib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqası 445 xalla dünya reytinqində 38-ci pillədə qərarlaşıb.
Çempionatımız ötən illə müqayisədə bir pillə geriləsə də, ardıcıl 3-cü dəfədir ki, ilk “əllilik”də yer alır. Azərbaycan Premyer Liqası indiyədək bu göstəriciyə malik olmayıb.
Birinci yerdə İspaniya La Liqası qərarlaşıb (1262 xal). İtaliya A Seriyası ikinci (1177), Almaniya Bundesliqası (1044) üçüncüdür.