“Azərbaycan ikinci hissədə çox yaxşı oynadı”

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin ikinci turunda 17 yaşadək futbolçulardan ibarət milli komandamız Bolqarıstanı 2:0 hesabı ilı məğlub edib.
Newsport.az-ın məlumatına görə, Bolqarıstan millisinin baş məşqçisi Pavlov Viktorio matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Ümumi götürsək, bərabərsəviyyəli oyun oldu. Məncə birinci hissədə biz daha yaxşı təsir bağışladıq. Amma fasilədən sonra fiziki cəhətdən çatdırmadıq. Buna görə də Azərbaycan millisi ikinci hissədə daha yaxşı oynadı. Nəticəyə görə məyusam. Amma məni daha çox komandamın ikinci hissədəki zəif çıxışı narahat edir. Həm biz, həm də Azərbaycan yığması digər komandalardan 1 yaş kiçik olsa da, taktiki cəhətdən rəqiblərdən geri qalmırıq".

Futbolxeber.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right