Azərbaycan Bolqarıstana qalib gəldi

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, yığmamız Bolqarıstanın U-19 komandası ilə qarşılaşıb.

Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun millimiz üçün uğurlu alınıb. Komandamız bu görüşdən inamlı qələbə ilə ayrılıb.

Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu yanvarın 4-də Latviyanın U-19 komandasına qarşı keçirmişdi. Həmin qarşılaşma 1:1 hesabı ilə yekunlaşmışdı.

Bu gün qrupumuzdakı digər oyunda Sloveniya Latviya ilə üz-üzə gəlib. Bu oyunda qalib müəyyənləşməyib - 1:1.

Valentin Qranatkinin xatirə turniri
C qrupu
6 yanvar

17:30. Azərbaycan - Bolqarıstan - 2:0 (0:0)
Qollar:
M.Gülər, 68 (1:0). İ.Qədirzadə, 90+4 (2:0).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right