"Qarabağ"ın yarımmüdafiəçisi Mahir Mədətov bəyan edib ki, klubu tərk etmək barədə düşünmür.
Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ı tərk etməyə hazırlaşmıram. Komandada qalmaq fikrindəyəm. Şans qazanıb, daha çox oynamaq istəyirəm. Gələcəyim "Qarabağ"la bağlıdır. Başqa klublara keçəcəyim barədə xəbərlərin haradan qaynaqlandığını anlamıram".