"Rafael Benites ilk gündən "Real” azarkeşləri tərəfindən qəbul edilmədi. Bunun üçün də o, özünün "Santyaqo Bernabeu”da qonaq kimi hiss edirdi.”
Newsport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli klomandasının baş məşqçisi Robert Prosineçki deyib.
"Goal.com”a müsahibə verən xorvatiyalı mütəxəsssis Madrid "Real”ında reallaşan məşqçi dəyişikliyindən danışıb. O, fransalı Zinəddin Zidanın baş məşqçi təyin edilməsinin doğru qərar olduğunu vurğulayıb: "Bu barədə xəbəri mətbuatdan oxudum. Uzun müddət idi ki, Benitesin üzərində ciddi təzyiq hökm sürürdü. "Valensiya” ilə bərabərlik isə artıq rəhbərliyi belə addım atmağa vadar etdi. Belədə ilk ağıla gələn baş məşqçi dəyişikliyi olur. Benites əsl əfsanə ilə əvəzləndi. Zidan bir vaxtlar dünyanın ən güclü futbolçusu olub. Onun komandasının irəli apara biləcəyini düşünürəm. Amma yenə çempionluğa "1” nömrəli favorit "Barselona”dı. Zidanının "Real”ı qış yuxusundan oyandıracağına inanıram. ”
Fikrimcə, Zidan üçün "Real”da işləmək çətin olmayacaq. Çünki daha öncə "Real”ın "B” komandasını çalışdırıb. O, əsl döyüşçüdür. Futbolçu kimi "Real”da bir çox uğurlar qazanıb. Benitesdən fərli olaraq azarkeşlər və futbolçularla heç bir problem yaşayacağını gözləmirəm.”
Qeyd edək ki, Prosineçki 1991-1994-cü illərdə "Real"da çıxış edib. O, keçirdiyi 55 oyunda 10 qola imza atıb.