Azərbaycan Premyer Liqasında yaranan fasilə səbəbi ilə istirahətə yollanan AZAL bu gün məşqlərə başlayacaq.
Newsport.az saytının məlumatına görə, komanda bu gündən etibarən Şüvəlanakı təlim-məşq bazasında toplanış keçəcək. "Təyyarəçilər”in yeni heyətinə qatdığı meksikalı futbolçu Adnan Koronado bu gündən etibarən komandanın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, AZAL təlim-məşq toplanışı çərşivəsində 4 yoxlama oyunu keçirəcək.