Rzayevin “Mersin İdman Yurdu”na keçidi baş tutmayacaq!

Türkiyə Super Liqasında mübarizə aparan "Mersin İdman Yurdu”nun "Sumqayıt”ın futbolçusu Tural Rzayevə rəsmi təklif göndərməsi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. 
Newsport.az saytının məlumatında görə, "Sumqayıt”ın əvəzedici komandasının forvardının Mersin təmsilçisinə keçidi baş tutmayacaq. 
 
Buna səbəb isə "Mersin İdman Yurdu”nun baş məşqçisi Bülənt Qorxmazın istefaya göndərilməsidir.
 
Qeyd edək ki, Rzayevi məhz bir müddət öncə  "Bakı”da çalışmış Bülənt Qorxmaz komandasında görmək istəyirdi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right