İngiltərənin "Sky Sport” telekanalı İngiltərə milli komandasının dünya çempionu olmasının 50 illiyinə həsr olunmuş 50 saatlıq layihəni izləyicilərinə təqdim edib.
Newsport.az saytının məlumatına görə, 2016-cı ildə "Uembli” stadionunda keçirilmiş final oyununda İngiltərə milli komandası ilə Almaniya Federativ Respublikası arasında baş tutan oyunda həmyerlimiz Tofiq Bəhramovun verdiyi qərarın doğru olduğu bir daha sübuta yetirilib.
Belə ki, müasir texnologiyaların sayəsində topun qapıdan keçib-keçmədiyi müəyyənləşdirilib.