AFFA: Ramin Musayevin klublara transfer qadağası qoymaq hüququ yoxdur

Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev onlara borcu olan 9 Premyer Liqa klubuna transfer qadağası qoyacaqlarını bəyan edib.

Newsport.az saytının məlumatında görə, onun və rəhbərlik etdiyi qurumun belə bir hüququ yoxdur.

Bunu saytımıza AFFA-dan bildiriblər. Məlumatda o da bildirilir ki, belə bir qərarı ancaq assosiasiyanın İntizam Komitəsi qəbul edə bilər.

PFL isə sadəcə, İK-ya müraciət ünvanlaya bilər ki, klublar onlara olan borclarını ödəmir. Yalnız bundan sonra İK həmin klublara müxtəlif cəzalar tətbiq edə, eləcə də transfer qadağası qoya bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right