“Maraqlı oyun keçdi. Görüşə yaxşı başlamadıq. Amma sonradan futbolçular özlərinə gəldilər”.
Newsport.az-ın məlumatına görə, bu sözləri U-17 millimizin baş məşqçisi Təbriz Həsənov deyib.
17 yaşlılardan ibarət millimiz Valentin Qranatkinin xatiəsinə həsr olunmuş turnirin ilk matçında Latviya ilə heç-heçə oynayıb. Həsənov görüş haqda bunları söyləyib: “Hər iki komanda qələbə qazana bilərdi. Sonda qol vurmaq üçün həm bizim, həm də rəqibin şansı oldu. Rəqib futbolçular boy üstünlüklərindən faydalanırdılar. Birinci oyunlarda hər zaman həyəcan, gərginlik olur. Digər tərəfdən futbolçularımız ilk dəfədir ki, belə turnirdə iştirak edirlər. Növbəti oyunda daha yaxşı çıxış edəcəyik”.
Futbolxeber.az