Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək paytaxtın "İnter” klubunun Albaniyanın "Teuta” klubu ilə yoxlama oyunu keçirəcəyi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az-ın son anda əldə etdiyi məlumata görə bu görüş baş tutmayacaq.
Yanvarın 16-na təyin olunan görüşün baş tutmamasına "Teuta”nın Antalyaya getməkdən imtina etməsi səbəb olub. Belə olan halda isə "İnter”in planında dəyişiklik olub. Belə ki, paytaxt təmsilçisi "Teuta”nın əvəzinə Slovakiyanın "Slovan” klubu ilə qarşılaşacaq. Bratislava təmsilçisi ilə görüş yanvarın 19-a təyin olunub.
Qeyd edək ki, "İnter” Antalyada 4 yoxlama oyunu keçirəcək. "Bankirlər” Qazaxıstanın "Artrau” və Almaniyanın "Verder” klubunun ikinci komandası ilə qarşılaşacaq. Almanlarla görüş yanvarın 13-də, qazaxlarla isə yanvarın 23-də baş tutacaq. "İnter”in 4-cü rəqibinin kimliyinə isə Antalyada aydınlıq gələcək.