Tural Rzayev Türkiyəyə müqavilə bağlamağa yollandı

"Sumqayıt" hücumçusu Tural Rzayevə azad agent statusu verib.

Newsport.az-ın məlumatına görə, gənc futbolçuya Türkiyənin "Mersin İdmanyurdu" klubundan dəvət gəlmişdi.

Türkiyə təmsilçisi bununla əlaqədar "Sumqayıt"a rəsmi müraciət ünvanlamışdı. Artıq Azərbaycan klubu futbolçusunun Super Liqa təmsilçisində oynaması üçün lazım olan bütün güzəştləri edib. Futbolçusunu qonşu ölkə klubuna təmənnasız yollayan sumqayıtlıların bu addımı alqışlamaq olar.

Rzayev hazırda Türkiyədədir. O, Antalyada təlim-məşq toplanışında olan "Mersin İdmanyurdu"nun düşərgəsinə qoşulacaq. Turalın Super Liqa təmsilçisi ilə 6 ay + 1 il şərti ilə müqavilə imzalaması gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right