Xəbər verdiyimiz kimi paytaxtın "İnter” klubu milli komandamızın üzvləri Kamran Ağayev və Vüqar Nadirovu rənglərinə bağlayıb.
Newsport.az-ın məlumatına görə, hər iki futbolçu mövsümün sonunadək paytaxt klubunun şərəfini qoruyacaq.
Artıq hər iki futbolçu yeni klublarında forma seçimini ediblər. Əldə etdiyimiz məlumata görə, Kamran 1, Vüqar Nadirov isə 17-nömrəli forma altında çıxış edəcəklər.