İspaniyanın "Malaqa” klubunun düşərgəsinə qayıtmadan imtina edən Qara Qarayevin yeni klubu rəsmən bəlli olub.
Newsport.az-ın məlumatına görə, Qara karyerasını "İnter”də davam etdirəcək. Bu barədə Futbol11.az saytına açıqlamasında "İnter”in meneceri Aleksey Barvinski məlumat verib. O, Qarayevlə 2 illik müqavilə imzalandığını bildirib.
Qeyd edək ki, Qarayev "Əlincə”nin yetirməsidir.