Roman Qriqorçuk: “Stabil heyət formalaşdırmalıyıq”

"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətuatına açıqlama verib.  

Newsport.az-ın məlumatına görə, mütəxəssis komandası iləmüqavilə müddətinin  uzadılması haqqında danışıb. O, həmçinin "Qəbələ”yə çempionluq qazandırmaq istədiyini bildirib. 
 
50 yaşlı mütəxəssis uğur qazanmaq üçün ilk növbədə stabil heyətin formalaşmalı olduğunu bildirib: "Böyük məmnuniyyətlə "Qəbələ” ilə müqavilə müddətini uzatdım. İnanıram ki, komandam üçün etdiklərimdən daha artığını edə bilərəm. "Qəbələ”nin daha böyük uğurlar qazanmasını istəyirəm. Qarşımızda duran vəzifələri görürük və bunu həyata keçirmək üçün güclü sistem yaratmalı olduğumuzu dərk edirik. Bu sistem uzun müddət uğur qazanmağımıza yardımçı olacaq. İlk növbədə stabil heyət formalaşdırmalıyıq.  Komandama inanıram və uğur qazanmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. ”

Qeyd edək ki, "Qəbələ”  tarixində ilk dəfə Qriqorçukun rəhbərliyi altında Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right