Qara Qarayev Türkiyəyə getmək istəməməsinin səbəblərini açıqladı

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Türkiyənin "Mersin İdmanyurdu" klubuna keçəcəyi barədə xəbərlərə münasibət bildirib.

Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Mən bu kluba keçməyi məqsədəuyğun hesab etmədim. Bunun bir neçə səbəbi var. İlk növbədə, ailə vəziyyətimi qeyd edərdim. "Qarabağ"da qalmağa üstünülük verirəm. "Mersin İdman Yurdu"nun autsayder olması fikrimə heç bir təsir etmir. Doğma klubumdan ayrılmaq mənə çətin gələr.Gələcəkdə legioner olmağa çalışacağam. Amma bu yöndə tələsmək fikrim yoxdur".".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right