Milli komandımızın sabiq üzvü Rasim Ramaldanov son günlər "Xəzər Lənkəran”a qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
29 yaşlı futbolçu Newsport.az saytına açıqlamasında "Xəzər Lənkəran”dan yeni təklif aldığını və hər-hansı qərar verməkdə tələsmədiyini bildirib.
Ramaldanov həmçinin digər klublarladanışıqlar barədə fikirlərini də bildirib. O, danışıqlaqrın davam etdiyini və hansı komandanın şərəfini qoruyacağınayaxın günlərdə aydınlıq gələcəyini vurğulayıb.
Qeyd edək ki, Ramaldanov karyerası ərzində "Simurq” və "Xəzər Lənkəran” kimi klublarda oynayıb.