Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevlə hücumçu Vüqar Nadirov "İnter"ə keçir.
Newsport.az-ın məlumatına görə, paytaxt klubu artıq hər iki futbolçu ilə razılığa gəlib.
Onlar bu mövsümün sonunadək "İnter"də çıxış edəcəklər. Bakılılar bu iki oyunçu ilə gələn həftə rəsmi müqavilə bağlayacaqlar.
"İnter" həm də "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Muarem Muaremlə güclənə bilər. Hazırda paytaxt klubu makedoniyalı futbolçu ilə də danışıq aparır. Mövsümün əvvəlində keçdiyi Türkiyə "Əskişəhərspor"undan bir müddət öncə ayrılan yarımmüdafiəçinin "Yeni Malatyaspor"a keçidinin də məhz "İnter"lə danışıqlara görə baş tutmadığı iddia olunur. Baxmayaraq ki, onun Ağdam klubuna qayıdacağı barədə ehtimallar da yürüdülürdü.