"Qəbələ”də ümidləri doğrulda bilməyən və komandadan göndərilən argentinalı futbolçu Fakundo Pereyranın yeni klubu bəlli olub.
Newsport.az-ın məlumatına görə, Fakundo karyerasını ölkəsində davam etdirəcək. Belə ki, forvard Argentinanın "Rasinq” klubu ilə razılığa gəlib.
Bu barədə "Rasinq”in rəsmi saytı məlumat yayıb. Məlumatda Fakundonun tibbi müayinədən keçdiyi bildirilib. Forvard ilə yanvarın 4-də rəsmi müqavilə imzalanacağı açıqlanıb. Argentinalı hücumçu yeni klubu ilə ilyarımlıq müqavilə imzalayacaq.
Qeyd edək ki, Fakundo mövsümün əvvəlində PAOK-dan "Qəbələ”yə icarəyə götürülmüşdü. O, əyalət klubumuzun heyətində 14 oyun keçirmiş və 4 qol vurmağı bacarmışdı.