Bülənt Qorxmaz “Qarabağ”ın futbolçusu üçün rəsmən hərəkətə keçdi!

Türkiyə Superliqasında mübarizə aparan "Mersin İdman Yurdu”nun azərbaycanlı futbolçular Tural Rzayev və Qara Qarayevi transfer etmək istəməsindən xəbərdarsınız.

Newsport.az-ın məlumatına görə, Tural Rzayev üçün "Sumqayıt”a rəsmi təklif göndərən Mersin təsmilçisi Qara Qarayev üçün də rəsmən hərəkətə keçib. 

Bu barədə "Mersin İdman Yurdu”nun baş məşqçisi Bülənt Qorxmazın köməkçisi Səbahəttin Təkin əməkdaşımızla söhbətində məlumat verib. O, artıq "Mersin İdman Yurdu” və "Qarabağ”  arasında danışıqlara start verildiyini bildirib.  O, həmçinin transferlərin bazar günü klubda keçiriləcək prezident seçkilərindən sonra reallaşa biləcəyini vurğulayıb. Təkin azərbaycanlı futbolçuların transferi üçün əllərindən gələni edəcəyini açıqlayıb.
Qeyd edək ki, Qarayev yerli mətbuata açıqlamasında Super Liqada oynamağın əleyhinə olmadığını və Mersin təsmilçisinə "Qarabağ”la danışıqlar aparmaq lazım olduğunu bildirdiyini açıqlamışdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right