Ruslan Abışovun 2016-dan istəyi: Titul və ailə həyatı

"2015 mənim üçün uğurlu il oldu. Qazandığım medalların sırasına daha birini bu il əlavə etdim. "Qəbələ”nin ötən mövsüm mükafatçılardan biri olacağı çoxları üçün gözlənilməz olsa da, bunu bacardıq. Komandamız tarixində ilk dəfə avroliqanın qrupunda çıxış etsə də, təəssüf ki, mən həmin oyunlarda meydançaya çıxa bilmədim. Hər zaman iddialı klublarda çıxış etmək istəmişəm və "Qəbələ” bunlar sırasındadır".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ İK"ə açıqlamasında komandanın müdafiəçisi Ruslan Abışov deyib. Geridə qalan ili dəyərləndirən futbolçu 2016-dan gözləntilərini də açıqlayıb:

"2016-cı ildə qovuşmaq istədiyim arzular çoxdur. "Qəbələ"ylə çempion titulunu, kuboku qazanmaq istəyirəm. Gerçəkləşdirmək çətin olsa da, buna inanıram. İnanıram ki, 2016-cı il hamımız üçün daha uğurlu olacaq. Şəxsi planda əsas istəyim ailə həyatı qurmaqdır. Mənin üçün ən yaxşı istirahət evdə, ailəmin yanında olmaqdır".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right