"Xəzər Lənkəran"da 2015-ci ilin ən yaxşı qolu müəyyənləşib.
Newsport.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, Lənkəran təmsilçisinin saytında keçirilən sorğuya əsasən, qalib "Xəzər Lənkəran"ın əvəzedicilərdən ibarət komandanın üzvü İbrahim Qədirzadənin “Qarabağ”a vurduğu qol olub. O, səslərin 52 faizini toplayıb.