"Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Karles Martorell Bakes işsiz qalıb.
Newsport.az-ın məlumatına görə, o, Qazaxıstanın 17 yaşadək futbolçulardan ibarət milli komandasında işləməkdən imtina edib.
Yerli mətbuatda yer alan xəbərlərə görə, Bakes digər iş təklifi aldığı üçün Qazaxıstandan ayrılıb.
Qeyd edək ki, Bakes 2013-cü ildə 3 aya yaxın "Xəzər Lənkəran”ın sükanı arxasında olub.