"Sumqayıt" Almaniya, İran və Qazaxıstan klubları ilə qarşılaşacaq

"Sumqayıt"ın Türkiyə toplanışı zamanı qarşılaşacağı rəqiblərin adları dəqiqləşib.

Newsport.az saytının məlumatına görə, Samir Abasovun komandası yanvarın 16-dan 23-nə qədər Antalyada toplanışda olacaq.

Bu müddət ərzində sumqayıtlıların üç yoxlama oyunu keçirməsi gözlənilir. Həmin oyunlarda "Sumqayıt"ın rəqibləri İranın "Traktorsazi", Qazaxıstanın "İrtış" və Almaniyanın "FK Fkanfurt" klubları olacaq.

Qeyd edək ki, bu oyunlar müvafiq olaraq yanvarın 17, 19 və 21-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right