Bakı "İnter"i üçün daha bir Almaniya klubu

Gələn ay Antalyaya təlim-məşq toplanışına yollanacaq Bakı "İnter"inin yoxlama görüşü keçirəcəyi daha bir rəqibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi Almaniyanın şimal-şərq regional liqasında mübarizə aparan "Nordhauzen" klubu ilə qarşılaşacaq.

Almaniya klubunun rəsmi saytı həmin matçın yanvarın 23-də keçiriləcəyini yazıb.

Qeyd edək ki, yanvarın 3-dən 23-nə qədər Türkiyənin Antalya şəhərində toplanışda olacaq "İnter" yanvarın 12-də Almaniyanın digər təmsilçisi "Verder"in əvəzedici komandası ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right