Qış fasiləsi başlayandan müqavilə müddəti bitən futbolçularını saxlamaq yolunda əməli işlər görən "İnter” daha 1 futbolçusu ilə razılıq əldə edib.
Newsport.az saytının məlumatına gör, "bankirlər” Laşa Kasradzeni komandada saxlaya bilib. Yayda AZAL-dan gələn gürcü müdafiəçi mövsümün sonuna qədər paytaxt klubunda oynayacaq.
Qeyd edək ki, bununla "İnter"in müqavilə bağladığı (uzatdığı) futbolçuların sayı 9-a çatıb. Daha öncə Denis Silva, İlkin Qırtımov, Nizami Hacıyev, Fuad Bayramov, Mirhüseyn Seyidov, Elnur Abdullayev, Rauf Əliyev və Ruslan Əmircanovla yeni razılıq əldə edilmişdi.