Bakının "İnter” klubunun Türkiyədə keçirəcəyi təlim-məşq toplanışı zamanı Albaniya klubu ilə qarşılaşacağı ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az saytının məlumatına görə, "bankirlər” Albaniyanın "Teuta” komandası ilə qarşılacaq.
Qeyd edək ki, "İnter” Antalyada 4 yoxlama oyunu keçirəcək. Bakı təmsilçisi yanvarın 13-də Almaniyanın "Verder” klubunun ikinci komandası ilə, ayrın 23-də isə Qazaxıstanın "Artrau” klubu ilə qarşılaşacaq. Alban klubu ilə görüş isə ayın 16-da baş tutacaq.