“İnter”in forvardının taleyinə Zaur Svanadze aydınlıq gətirəcək

Artıq 8 futbolçusu ilə yeni müqavilə barədə razılıq əldə edən paytaxtın "İnter” klubunda müqaviləsi başa çatan fransalı forvard L`imam İssak Seydinin gələcəktaleyinə aydınlıq gəlməyib.
 
Newsport.az saytının məlumatına görə, cari mövsümün əvvəlində paytaxt klubuna cəlb olunan  futbolçu ilə bağlı son qərarı baş məşqçi Zaur Svanadze verəcək.
Milli komandamızın forvardı Vüqar Nadirovla ilkin razılıq əldə edən və heyətində Yuri Fomenko kimi hücumçu olan "İnter”də Seydinin taleyinin necə olacağı maraqla gözlənilir.
Onu da qeyd edək ki, "İnter”in daha bir forvardı Rauf Əliyev  zədə səbəbindən mövsümü bitirib.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right