“Qəbələ” transferlə bağlı qərarını verdi!

Milli çempionatda  işləri yolunda getməyən "Qəbələ” klubu qış fasiləsi zamanı heyətində islahatlar aparır.
Newsport.az-ın məlumatına görə, artıq bir neçə futbolçu ilə yollarını ayıran "Qəbələ”gözaltı etdiyi oyunçularla  danışıqlara start verib. Düzdür, Tural Axundov və Rəşad Eyyubov kimi oyunçuların adları şimal təmsiçisi ilə hallanır. Bu oyunçulardan Rəşadın "Qəbələ”yə keçmək ehtimalı daha çoxdur.
 
Amma son anda əldə etdiyimiz məlumata görə, qış fasiləsi zamanı "Qəbələ” yerli bazarda "işləmək” niyyətində deyil. Əcnəbi oyunçuları heyətə dəvət edəcək baş məşqçi Roman Qriqorçuk məhz bu yolla "Qarabağ”a layiqli rəqib hazırlamaq istəyir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right