Ukraynalı qapıçının meneceri: “Azərbaycan klubu ilə danışıq aparırıq”

Daha bir ukraynalı qapıçı karyerasını Azərbaycanda davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, "Çernomorets” klubunun sabiq qapıçısı Yuri Martışuk Azərbaycanda çıxış  edə bilər. 
Bu barədə əlcək sahibinin agenti Aleksandr Pankov ölkəsinin mətbuatına açıqlamasında bunları sözyləyib:  "Hazırda Avropanın bir neçə klubu ilə danışıqlar aparırıq.  Sözügedən klublar arasında Slovakiya və Çexiya çempionatında çıxış edən komandalar var. Həmçinin Azərbaycan klubu ilə də danışıq aparırıq.”

Qeyd edək ki, Martışuk karyerası ərzində "Spartak”, "Karpatı”, "Zarya” və "Çernomorets” kimi klublarda forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right