Qış fasiləsi başlayan kimi bir neçə futbolçusu ilə yollarını ayıran və bir neçə futbolçusu ilə yeni müqavilə barədə razılıq əldə edən "İnter” daha 3 futbolçusu iulə razılıq əldə edib.
Newsport.az-ın məlumatına görə, "bankirlər” Elnur Abdullayev, Rauf Əliyev və Ruslan Əmircanovla yeni razılıq əldə ediblər. Adıçəkilən futbolçular ən azı mövsümün sonunadək "İnter”in şərəfini qoruyacaqlar.
Qeyd edək ki, Bakı klubu daha öncə Denis Silva, İlkin Qırtımov, Nizami Hacıyev, Fuad Bayramov və Mirhüseyn Seyidov ilə razılıq əldə etmişdi.
Onuda vurğulayaq ki bunadək zədə səbəbindən mövsümü başa vuran Rauf Əliyevin komandada qalıb-qalmayacaqı sual altında idi.