"Zirə" Antalyada üç yoxlama oyununda qüvvəsini sınayacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsinə üçüncü yerdə çıxan “Zirə”nin hazırlıq planı məlum olub.

Newsport.az-ın məlumatına görə, komanda yanvar ayının 5-də Bakıda bir araya gələcək.

4 gün Zirə İdman Kompleksində gündə bir dəfə olmaqla məşq edəcək komanda təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. Qardaş ölkədəki hazılıq mərhələsinin ilk həftəsində komanda fiziki hazırlıq üzərində çalışacaq.

Növbəti həftədə isə baş məşqçi Adil Şükürov ümumi texniki-taktiki hazırlığa üstünlük verəcək və komanda yoxlama oyunlarında qüvvəsini sınayacaq. Antalyada “Zirə” 3 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 16, 19 və 22 yanvarda baş tutacaq. Rəqiblərin adı isə yaxın günlərdə məlum olacaq.
 
Bu arada qarşılıqlı razılığa əsasən müdafiəçi Eltun Hüseynov komanda ilə yollarını ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right