"Qəbələ" Türkiyədə "Dnepr"lə qarşılaşacaq

“Qəbələ”nin qış hazırlığı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər müəyyənləşib.

Newsport.az-ın məlumatına görə,Azərbaycan Premyer Liqasının 2015-2016 mövsümünün ilk yarısından sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2016-cı il yanvarın 10-da start götürəcək Türkiyə təlim-məşq toplanışında 3 matç keçirəcək.

Yanvarın 27-dək davam edəcək hazırlıqlardakı ilk rəqib “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma ayın 16-da baş tutacaq. 4 gün sonra “Qəbələ” ikinci yoxlama oyununa çıxacaq. Roman Qriqorçukun yetirmələri İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək. Yanvarın 24-də keçiriləcək son yoxlama matçında komanda UEFA Avropa Liqasının ötən mövsümünün finalçısı “Dnepr”lə görüşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right