"Kəpəz” 3 futbolçusu ilə yollarını ayırıb.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qərb təmsilçisi müdafiəçi Məhərrəm Hüseynov, yarımmüdafiəçi Murad Ağakişiyev və hücumçu Ziyabil Məmmədovla vidalaşıb. Məşqçilər korpusu adıçəkilən oyunçuların xidmətində maraqlı olmadığından, onlarla rəsmən yollar ayrılıb.
Qeyd edək ki, Məhərrəm Hüseynov və Murad Ağakişiyev "Kəpəz”ə mövsümlərarası fasilədə keçmişdilər. Murad cari mövsümün ilk yarısında 4 oyun keçirmişdisə, digər iki futbolçu əsas komandanın heyətində meydana çıxmamışdı.