Türkiyə PTT Liqasında mübarizə aparan "Karşıyaka”dan ayrıldıqdan sonra klubsuz qalan və "Sumqayıt”la birgə məşqlərə başlayan Kamran Ağayevin yeni klubu yaxın günlərdə bəlliu ola bilər.
Newsport.az-ın məlumatına görə, Kamran karyerasını "İnter”də davam etdirə bilər.
Bu barədə məlumatı "İnter”in baş meneceri Aleksey Barvinski əmədaşımızla söhbətində təsdiqləyib. O, tərəflər arasında ilkin danışıqlar olduğunu və millimizin qapıçısının yaxın günlərdə "İnter”lə müqavilə imzalayacağının mümkünlüyünü bildirib.
Qeyd edək ki, "İnter” əsas qapıçısı Səlahət Ağayevlə razılıq əldə edə bilmədiyi üçün qapıçı axtarışlarına başlayıb.