"Xəzər Lənkəran”dan ayrılan qapıçı Orxan Sadıqlının hansı kluba keçəcəyi bəlli deyil. Mətbuatda yayılan məluamtlara görə, Sadıqlının xidmətində "Qarabağ” və "İnter” klubları maraqlıdır.
Newsport.az-ın məlumatına görə, 22 yaşlı əlcəık sahibi özü də açıqlamasında "İnter”in onunla maraqlandığını bildirib.
Lakin bizdə olan məlumat tam fərqlidir. Əldə etdiyimiz məlumata görə, "İnter” Orxan Sadıqlının xidmətində maraqlı deyil. Məsələni dəqiqləşdirmək üçün klubun baş meneceri Aleksey Barvinskidən məlumat aldıq. O, da əməkdaşımızla söhbətində Sadıqlı ilə maraqlanmadıqlarını bildirib.
Qeyd edək ki, "İnter”in gürcüstanlı qapıçıilə güclənəcəyi gözlənilir.