"Qarabağ”da növbəti ayrılıq reallaşıb.
Newsport.az-ın məlumatına görə, mövsümün əvvəlində komandaya cəlb olunan Vüqar Mustafayev Ağdam klubunu tərk edib. Əldə etdiyimiz özəl bilgiyə görə, Mustafayev az forma şansı qazandığı üçün Ağdam klubunu tərk edib.
Qeyd edək ki, Mustafayev cari mövsümün əvvəllində fəaliyyətini dayandıran "Simurq”dan "Qarabağ”a transfer olunmuşdu.