Orxan Əliyev: Xəzər Lənkəranı 9-cu pillədə görmək çox ağırdır

"Xəzər Lənkəran"ın hücumçusu Orxan Əliyevin müsahibəsi

- Son dövrlər niyə meydanda çox az görünürsünüz?
- Çünki menisk zədəsindən əziyyət çəkirəm.

- Hazırda vəziyyətiniz necədir?
- Özümü çox yaxşı hiss edirəm. Allah eləsin ki, yanvar ayından məşqlərə başlaya bilim.

- "Xəzər Lənkəran"dakı çıxışınızı necə qiymətləndirərdiniz?
- Pis başlamamışdım. Oynayırdım, komandaya faydalı olmağa çalışırdım. Amma zədə özümü 100 faiz göstərməyimə mane oldu.

- Hansı oyun sizin üçün daha uğurlu və ya uğursuz oldu?
- Bütün oyunlarımız çətin keçirdi. "Xəzər Lənkəran" təlim-məşq toplanışında olanda, mən evdə idim. Komandaya yalnız qayıtdıqdan sonra qoşula bildim. Ona görə mənə daha da çətin idi.

- "Xəzər Lənkəran"da qalmaq istəyirsiniz, ya başqa klublardan təklif var?
- Düzünü deyim ki, şəxsən özümə zəng edən olmayıb. Eyni zamanda "Xəzər Lənkəran"la müqaviləmin vaxtı da bitir. Amma hələ klubla bu barədə heç bir müzakirəmiz olmayıb.

- "Xəzər Lənkəran" hazırda 12 xalla 9-cu yerdə qərarlaşıb. Niyə?
- İnanın ki, "Xəzər Lənkəran"ı 9-cu pillədə görmək çox ağırdır. Amma bu, futboldur, belə hallar da olur.

- FİFA transfer qadağasını yanvar ayında götürməsə, komanda mövsümün sonunadək əlində olan heyətlə mübarizə aparmalı olacaq. Belə olan halda komandanız nəyə ümid edə bilər?
- Qadağa götürülməsə, komandamıza çox çətin olacaq. Amma ümid edirəm ki, hər şey yaxşı olacaq.

- Siz "Sumqayıt"da oynayanda millinin baş məşqçisi Robert Prosineçkinin daha çox diqqətini çəkirdiniz. Amma cənub klubuna keçəndən sonra diqqətdən kənarda qalmısınız...
- Hər şey yoluna düşəcək. Sadəcə, oynamağım və özümü yaxşı tərəfdən göstərməyim lazımdır. Yığma komandaya yalnız belə olan halda düşmək mümkündür. Bunun üçün var gücümlə çalışacağam.

azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right