Qara Qarayev:"Türkiyəyə getmək istəyərdim, amma qərarı Qurban Qurbanov verəcək"

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin Newsport.az saytına müsahibəsi

- Türkiyənin "Mersin İdmanyurdu" klubundan təklif almağınız doğrudur?
- Bəli, Türkiyənin Super Liqa klubundan mənə təklif var. Mənə zəng etmişdilər. Bu kluba keçməyi təklif etdilər.

- Siz nə cavab verdiniz?
- Mən bildirdim ki, məni komandalarında görmək istəyirlərsə, "Qarabağ" klubuna müraciət etsinlər. Neçə ildir bu komandada çıxış edirəm. İndi təklif gələn kimi hər şeyi bir kənara qoyub, gedə bilmərəm.

- Deməli, qərarı siz verməyəcəksiniz?
- Fikrimcə, Qurban Qurbanov bu məsələni həll edəcək. O, məni buraxsa, Türkiyədə oynamağın əleyhinə deyiləm.

- Bu yöndə hansısa dəiyişiklik var?
- Hazırda istirahətdəyəm. Mən də baş verənləri mətbuatdan izləyirəm. Hələ ki, bir yenilik yoxdur.

- Xaricdə oynamaq arzunuz var?
- Mən öz gücümü Türkiyə Super Liqası kimi güclü çempionatda sınamaq istəyərdim. Bu, mənim üçün böyük bir şansdır.

- Bəs siz "Mersin İdmanyurdu" klubunun futbolçularının uzun müddətdir pullarını ala bilmədiyini eşitmisiniz?
- Bunun artıq mənə aidiyyatı yoxdur. Düşünmürəm ki, bu məsələ mənim Türkiyəyə yollanmağıma mane olsun.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right