Rusiyanın "Futbol” telekanalı 2015-ci ilin diqqət çəkən məqamlarını top 15-ə toplayıb.
Newsport.az saytının məlumatına görə, 15 ən maraqlı video arasında Topaz Premyer Liqasının VII turu çərçivəsində baş tutan "İnter” – "Qarabağ” oyunu da yer alıb.
Sözügedən qarşılaşmada Ağdam təmsilçisinin mübahisəli penaltini bilərəkdən qapıdan kənara vurmaması telekanal tərəfindən təqdirəlayiq jest kimi qiymətləndirib.
Qeyd edək ki, həmin oyunda "Qarabağ”ın futbolçusu Elvin Məmmədov penaltini baş məşqçi Qurban Qurbanovun tapşırığına görə dəqiq yerinə yetirməmişdi.