“Qəbələ”nin ən yaxşı qolunu azarkeşlər seçəcək

"Qəbələ” 2015-ci ilin ən yaxşı qolunu seçmək üçün rəsmi "facebook" səhifəsində sorğu keçirir.

Newsport.az-ın məlumatına görə, 2015-ci ilin ən yaxşı qoluna namizədlər aşağıdakılardı.
 
1. Cavid Hüseynov - Avropa Liqası I təsnifat mərhələsinin ilk oyununda Gürcüstanda "Dinamo"nun (Tiflis, Gürcüstan) qapısına vurulan qol.
 
2. Sergey Zenyov - Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Çukariçki"nin (Serbiya) qapısına vurduğu ikinci qol.
 
3. Luis Hilario Dodo - Avropa Liqasının play-off mərhələsinin cavab oyununda Yunanıstanda "Panatinaikos"un qapısına vurduğu ikinci qol.
 
4. Aleksey Antonov - Azərbaycan Premyer Liqası 2015-2016 mövsümünün 12-ci turunda "İnter"in (Bakı) qapısına vurulan qol.
 
5. Asif Məmmədov -  Avropa Liqası I təsnifat mərhələsinin cavab oyununda Qəbələdə "Dinamo"nun (Tbilisi, Gürcüstan) qapısına vurulan ilk qol.

 

Azarkeşlər seçimlərini rəy yazaraq bildirə bilərlər. Seçim 2016-cı il yanvarın 5-nə kimi davam edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right