Səlahət Ağayev, Abdulla Abatsıyev, Xuan Fransisko, İvan Benitez, Sepan Polyak və Emilian Vila ilə yollarını ayıran "İnter”də daha bir ayrılıq baş verə bilər.
Newsport.az-ın məlumatına görə,söhbət braziliyalı futbolçu Dieqo de Souza Martinsdən gedir. 27 yaşlı futbolçu "bankirlər”lə yollarını ayırmağa çax yaxındır.
Əldə etdiyimiz məlumata görə, Martinslə xarici klublardan biri yaxından maraqlanır. Sərfəli təklif alan "sambaçı” buna görə də, klubdan getməyi planlaşdırır.
Qeyd edək ki, Martins mövsümün əvvəlində "Skenderbeu”dan "İnter”ə transfer olunub. O, "bankirlər”in heyətində keçirdiyi 15 oyunda 5 qol vurmağı bacarıb.