"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Georgi Floresku karyerasını vətəni Rumıniyada davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, onunla ölkəsinin bir neçə klubu maraqlanır.
Amma Rumıniya mətbuatının yazdığına görə, Floreskunun keçməsi daha real görünən komanda "Astra"dır.
Futbolçu özü isə ölkəsinin mətbuatına bunları söyləyib: "Hazırda bir neçə klubla danışıqları davam etdirirəm. Onların arasında Rumıniya klubları da var. Yaxın gələcəkdə hər şeyə aydınlıq gələcək".