"Qəbələ" ilə yollarını ayıran Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirov karyerasını "İnter"də davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu hazırda paytaxt klubu ilə danışıqlar aparır.
Yaxın günlərdə tərəflərin rəsmi müqaviləyə imza atması gözlənilir. Amma bunun üçün onların maliyyə məsələsində razılığa gəlməsi lazımdır.