Azərbaycanlı iş adamına ömürlük cəza

Tufan Sadıqovun futbol fəaliyyətinə ömürlük qadağa qoyulub. Azərbaycanlı iş adamı haqqında qərarı Rusiya Futbol Federasiyasının İntizam Komitəsi çıxarıb.

Newsport.az xəbər verir ki, qərara səbəb klubun iflasına yol açan pis niyyətli və məntiqsiz addımlardır. “Ximki” əsas himayədarı olan Sadıqovun yanlış idarəetməsi üzündən, sentyabrda 448 milyon rubl borcu ödəyə bilməyərək müflis elan olunmuşdu.

Maraqlıdır ki, Sadıqov hazırda Türkiyə aşağı dəstə təmsilçisi “Serik Bələdiyyəspor”a rəhbərlik edir. Elə bu klubda da oxşar problemlər baş qaldırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right