"Sumqayıt" "Qəbələ"yə, "Şamaxı" "İmişli"yə qalib gəldi Yenilənib

Bu gün Misli Premyer Liqasında 11-ci tur start götürüb.

Newsport.az xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılır.

"Zəfər turu"nun ilk oyun gününə 2 matç nəzərdə tutulub.

Əvvəlcə 8-ci yerdəki "İmişli" 9-cu pillədəki "Şamaxı"nın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Bununla da "Şamaxı" 8-ci pilləyə yüksəlib, "İmişli" 9-cu yerə enib.

Digər matçda 5-ci sıradakı "Sumqayıt" səfərdə 10-cu yerdəki "Qəbələ" ilə qarşılaşıb. Bu oyunda isə "gənclik şəhəri" təmsilçisi qalib gəlib - 2:0..Nəticədə "Sumqayıt" 3-cü pilləyə yüksəlib.

Turun digər görüşləri 8 və 9 noyabr tarixlərində keçiriləcək.

7 noyabr (cümə)

16:44. “Qəbələ” – “Sumqayıt” - 0:2

Qol: Rüstəm Əhmədzadə, 54, Aeksandr Ramalinqom, 81 
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu

13:44. “Şamaxı” – “İmişli” - 1:0 

Qol: Karim Rossi, 78
Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli 
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Şamaxı şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right